Accessibility links

Yəməndəki Əl-Qaidə yaraqlılarına qarşı hava hücumu


Son iki gündə Yəmənin cənubunda ucqar dağlıq regionda Əl-Qaidənin təlim düşərgəsini hədəf alan pilotsuz təyyarələrin hücumu nəticəsində 30-dan çox yaraqlının öldüyü bildirilir.

Yəmən təhlükəsizlik rəsmiləri deyib ki, dünən ən azı 25 yaraqlı, bundan əvvəl isə 10 yaraqlı və 3 mülki vətəndaş həlak olub.

Rəsmilər hücumu kimin həyata keçirdiyini müəyyən edə bilməyib.

Adətən Birləşmiş Ştatlar Əl-Qaidənin Yəməndəki qanadına qarşı hava hücumları həyata keçirir.

Əl-Qaidənin Yəməndəki qanadı həm də Əl-Qaidənin Ərəbistan yarımadasındakı cinahı kimi tanınır. Qruplaşma bir neçə dəfə amerikalılara qarşı uğursuz bomba hücumları həyata keçirib.
XS
SM
MD
LG