Accessibility links

Yəməndə şahidlər deyir ki, paytaxt Sənaada prezident iqamətgahı qarşısında yaraqlılarla təhlükəsizlik mühafizəçiləri arasında silahlı qarşıdurma olub.

Naməlum mənbəyə istinad edilən xəbərdə deyilir ki, 20 dəqiqəlik atışma zamanı 4 təhlükəsizlik işçisi həlak olub.

Bununla yanaşı, dünən Yəmənin müdafiə naziri Əl-Qaidənin sui-qəsd cəhdindən xilas ola bilib.

Rəsmilərin məlumatına görə, Məhəmməd Nasser Əhməd Şabva vilayətinə səfər edən zaman şübhəli yaraqlılar onun kortejinə hücum edib.

Nazir və onu müşayiət edən yüksək təhlükəsizlik rəsmilərin hücum zamanı xəsarət almadığı bildirilir.

Rəsmilər deyir ki, kortej Yəmənin zorakılıqların baş aldıqların cənub bölgəsində Əl-Qaidəyə qarşı hərbi əməliyyatları müşahidə etdikdən sonra geri qayıdırdı.

Yəməndə qərargahlanan Əl-Qaidə qrupu "Ərəb Yarımadasında Əl Qaidə" adı ilə tanınır və ABŞ bu qruplaşmanı terror təşkilatı kimi tanıyır.
XS
SM
MD
LG