Accessibility links

Yaşar Əliyev: Azərbaycan MDB-də ABŞ-ın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır


Yaşar Əliyev: Azərbaycan MDB-də ABŞ-ın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır
Yaşar Əliyev: Azərbaycan MDB-də ABŞ-ın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır

Boeing-lə 1 milyard dollar həcmində müqavilə əsasında Azərbaycan müasir avialaynerlər əldə edəcək. Onların sırasında Dreamliner - Boeing 787 də var. Gələn il Azərbaycanın ilk milli süni peyki buraxılacaq. Azərbaycan öz peyki olan 11-ci ölkə olacaq.

Azərbaycanla ABŞ-ın ticarət-iqtisadi tərəfdaşlığı uğurla inkişaf edir və ənənəvi enerji sahəsi çərçivəsindən kənara çıxır. Son bir neçə ildə yüksək texnologiyalar da daxil yeni istiqamətlər əhatə edilir. Bu barədə "AzərTAc"a müsahibəsində Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev məlumat verib.
Səfir qeyd edib ki, Azərbaycan MDB ölkələri arasında ABŞ-ın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır. 2010-cu ildə qarşılıqlı əmtəə dövriyyəsi 2,3 mlrd dollar olub. Azərbaycan tərəfinin saldosu müsbətdir.
Cənab Əliyev strateji əhəmiyyətli bir neçə ikitərəfli ticarət əməkdaşlığı layihəsini xatırladıb. Boeing-lə $1 mlrd-lıq müqavilə əsasında Azərbaycan müasir avialaynerlər əldə edəcək. Onların sırasında Dreamliner - Boeing 787 də var. Bu, "Azerbaijan Airlines"in uçuş coğrafiyasını genişləndirmək imkanı verəcək.
Gələn il Azərbaycanın ilk milli süni peyki buraxılacaq. Azərbaycan öz peyki olan 11-ci ölkə olacaq. Onu sahə üzrə liderlərdən biri - Amerikanın Orbital Sciences Corporation şirkəti hazırlayır. İki deyilən müqavilə ABŞ-da 12,5 min iş yeri təmin edir, bu isə indi ABŞ üçün aktual məsələdir.
Səfir deyib ki, Neft Fondunun aktivlərinin 12%-i - $3 mlrd ABŞ qiymətli kağızlar bazarında yerləşdirilib. "Bütün bunlar iqtisadi və maliyyə əlaqələrimizin çoxvektorlu olmağından xəbər verir", - deyə səfir Əliyev bildirib.

XS
SM
MD
LG