Accessibility links

Jurnalist şantaj edilir


Yafəz Əkrəmoğlu
Yafəz Əkrəmoğlu

Azadlıq radiosunun əməkdaşının evinə şantaj dolu məktub göndərilib

“Azadlıq” radiosunun Naxçıvan müxbiri Yafəz Əkrəmoğlu aprelin 5-də kieçirdiyi mətbuat konfransında təqiblər, hədələr və şantajlar barədə danışıb.

Aprelin 3-də onun evinə şantaj və hədə dolu məktub gətiriblər.

“Zərfdə həmçinin çılpaq qadın şəkili, saxta facebook yazışmaları, naməlum kişi və qadın arasında intim söhbət əks olunan CD var”, o qeyd edib.

Məktubdan bir neçə saat sonra bir kişi jurnalistə zəng edib, özünü Naxçıvan MTN-nin nümayəndəsi kimi təqdim edib.

“O dedi ki, zərf Naxçıvan MTN-ni tərəfindən göndərilib. Naxçıvan haqqında neqativ materiallar hazırlamağa son qoymağı tələb etdi. Bunun əvəzində mənə pul verəcəyini, maddi problemlərimin həll ediləcəyini dedi. Lakin mən imtina etdim”, deyə jurnalist bildirib.

“Mənim yazılarım Naxçıvan rəhbərliyini çox narahat ediri, çünki bütün materiallar və jurnalist araşdırmaları hüquq pozuntuları, hakimiyyətin özbaşınalıqıları ilə bağlıdır”, Əkrəmoğlu qeyd edib.

Gələcəkdə jurnalistə və ailəsinə qarşı təhlükələrlə bağlı məsuliyyət Naxçıvan rəhbərliyinin üzərinə qoyulur.

O, həmçinin bildirib ki, dünən “Azadlıq” radiosunun redaksiyası baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa və Milli Təhlükəsizlik Nazirliyinə müraciət edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidməti göndərilən məktubun araşdırılıb tədbir görüləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG