Accessibility links

Yağış suyundan hazırlanan pivə [Video]


İyun Avropanın bir çox bölgəsində bir əsrdən çox müddətdə rütubətin ən yüksək həddə olduğu ay kimi qeydə alınıb. Amsterdamda olan bir qrup sahibkar üçün yağış nemətdir. Belə ki, onlar artıq sudan pivə istehsalında istifadə edirlər.

Biz komandamızla problemə həll yolu axtarırdıq və eyni vaxtda mən öz pivə istehsalımla məşğul idim. Pivə istehsalı üçün suya ehtiyacım var idi və eyni vaxtda güclü yağışlar üzündən problem yaranırdı və bu iki problemə bir həll yolu tapmaq qərarına gəldim.

Bəziləri üçün yağış suyundan pivə hazırlamaq ideyası xoşagəlməz olsa da digərləri üçün əla ekoloji addımdır. Sahibkarlar pivə hazırlanmasında yenilik yaradaraq böyük həcmdə yağan yay yağışı probleminə davamlı həll yolu tapıblar.

"Biz komandamızla problemə həll yolu axtarırdıq və eyni vaxtda mən öz pivə istehsalım ilə məşğul idim. Pivə istehsalı üçün suya ehtiyacım var idi və eyni vaxtda güclü yağışlar üzündən problem yaranırdı və bu iki problemə bir həll yolu tapmaq qərarına gəldim," deyə sahibkar Coris Hob öz təcrübəsindən danışır.

Bu, sadə səslənir - yağış suyunu bir yerə yığmaq, onu filterdən keçirmək və həmin su ilə pivə hazırlamaq. Lakin De Prael pivə zavodunu görəndə bunun heç də asan olmadığı anlaşılır.

“Biz yağış suyundan pivə istehsalında istifadə etmək barədə müzakirəyə başladıq. Mən çox həvəsli idim, lakin eyni zamanda bu barədə heç vaxt eşitmədiyimdən mənə təəccüblü görünürdü. Bir az sonra biz əvvəllər istifadə olunmamış bu yeniliyi həyata keçirmək prosesinə başladıq," deyə Tomas Gesink bildirir.

Almanlar "Xalis Pivə Tərkibi" qanununun 500-cü ildönümünü qeyd edir. Ingolstadt, Almaniya, 22 aprel, 2016.

Almanlar "Xalis Pivə Tərkibi" qanununun 500-cü ildönümünü qeyd edir. Ingolstadt, Almaniya, 22 aprel, 2016.

Martdan bəri komanda 1000 litr pivə hazırlanmasında 1200 litrdən artıq yağış suyundan istifadə edib. Yağış suyunu bir yerə yığmaq birinci mərhələdir, lakin onu filterdən keçirmək digər bir çətinlikdir.

Gesink deyir ki, beləliklə onlar suyu filterdən keçirir sonra distillə edirlər ki, suyun tərkibində bakteriya və Legionella infeksiyası qalmasın. Bu çox vaxt aparan əsas mərhələdir. Ənənəvi pivə istehsalında isə bunu etmirlər.

Bu üsulla hazırlanan “Hemelswater” yəni “cənnət suyu” kimi tərcümə olunan pivənin ilkin buraxılışı tamamilə satılıb. Hob artıq yalnız yağış suyundan istifadə edərək pivə hazırlayan bir yeni zavod açmaq niyyətindədir. O, digər sənayeləri də yağış suyundan istifadəyə inandırmaq missiyasına başlayıb.

Biz yağış suyundan pivə istehsalında istifadə etmək barədə müzakirəyə başladıq. Mən çox həvəsli idim, lakin eyni zamanda bu barədə heç vaxt eşitmədiyimdən mənə təəccüblü görünürdü.

Coris Hob istehlakçılara münasib daha çox su tələb edən məhsullara diqqət yönəltmək istəyir. Məsələn, şorba və ya kağızistehsalına. Kağız istehsalında sudan çox istifadə olunur. Beləliklə onlar insanların alıb işlədə biləcəyi əyləncəli məhsulların istehsalı, həm də böyük həcmdə yağan yağış probleminin aradan qaldırılmasi haqda fikirləşirlər.

İqlim dəyişikliyi səbəbi ilə Hollandiya kimi Avropanın bəzi guşələrində yay daha rütubətli keçir. Beləliklə, hər məqsədlə istifadə üçün kifayət qədər su olacaq.

XS
SM
MD
LG