Accessibility links

Yahoo səhmlərinin yarısını Çin şirkətinə satır

  • Amerikanın səsi

Yahoo şirkəti səhmlərinin yarısını Çinin ən iri internet ticarət provayderi olan Alibaba şirkətinə 7.1 milyard dollara satacağını elan edib.

Şirkətlər bazar günü bu barədə razılığa gəliblər. Anlaşmaya əsasən Yahoo nağd pulla $6.3 milyard, Alibabanın səhmləri qismində $800 milyon alacaq.

Yahoo bu nağd pul gəlirlərini vergilərdən sonra səhmdarlara qaytaracağını bildirib. Çətinliklərlə üzləşən ABŞ şirkəti artıq bir ilə yaxındır ki, Alibaba ilə danışıqlar aparırdı.

Mürəkkəb razılaşma Alibabaya şirkətin səhmlərini ictimai satışa çıxarmaq imkanı verəcək.

XS
SM
MD
LG