Accessibility links

Yahoo şirkətinin yeni rəhbəri Marissa Mayerin ümumi kompensasiya paketi maaş, mükafatlar, səhm payları da daxil olmalq növbəti beş ildə 70 milyon dollar təşkil edəcək.

Mayerin illik maaşı 1 milyon dollardır. Bundan əlavə hər il ona 2 milyon dollar həcmində mükafat və 42 milyopn dollar həcmində səhm payları vəd olunub.

Bəzi səhm qrantlarını da hesaba almaqla Mayer ildə əlavə 20 milyon, yaxud beş ilə 100 milyon dollar qazana bilər, deyə yahoo şirkətinin sözçüsü bildirib.

Google şirkətinin ilk qadın mühəndisi və onun ən erkən işçilərindən olan Mayer hazırda 300 milyon dollar həcmində var-dövlətə sahibdir.

Yahoo-nun Mayeri Google-dan götürməsi əksər investorları və təhlilçiləri təəccübləndirdi.

Bir çoxları əvəzləyici direktor Ross Levinsonun şirkətə rəhbər seçiləcəyini güman edirdi. Amma şirkətin son seçimi göstərir ki, şirkət məzmundan çox internet texnologiyaları və məhsullarına diqqət ayıracaq.
XS
SM
MD
LG