Accessibility links

Yahoo şirkəti baş icraçı direktorunu cəzalandırıb


Yahoo şirkəti baş icraçı direktoru Marissa Mayerə onun üçün nəzərdə tutulmuş 2016-cı il mükafatını ödəməyəcək. Şirkət 2 milyon dollar ödənişdən imtinanı təhlükəsizlik sahəsində baş vermiş xətalarla izah edir.

Daxili təhqiqat müəyyən edib ki, Yahoo rəhbərləri 2014-cü ildə 500 milyon istifadəçinin hesablarına müdaxilə olduqda kifayət qədər effektiv hərəkət etməyiblər. 2013-cü ildə haker hücumları bir milyarddan çox hesaba təsir göstərmişdi.

Yahoonun baş hüquqşünası Ronald Bell departamentinin ləng reaksiyasına görə vəzifəsindən istefa vermişdi.

Məlumat oğurlanması Yahoonun telekom nəhəngi Verizon-la müqavilsəini risk altına qoymuşdu.

XS
SM
MD
LG