Accessibility links

Yalu çayında daşqınlar yüz min insanın evakuasiyasına səbəb olub


Çinin şimal-şərqində Şimali Koreya ilə sərhədi nişanlayan Yalu çayının daşması on minlərlə adamın evakuasiyasına səbəb olub. Dövlətə məxsus Şinhua xəbər agentliyi bildirir ki, 100,000 adam işığın və kommunikasiyanın kəsildiyi Dandonq şəhərindən köçürülüb. Sellər Dandonqdan 100 kilometr şimal-şərqdə evləri apararaq azı dörd admın ölümünə bais olub. Şimali Koreya mənbələri isə sərhədin o biri tayında Sinuicu şəhərinin dağıntılara məruz qaldığını bildirirlər. Sinoptiklər leysan yağışlarının əlavə 24 saat davam edəcəyi barədə xəbərdarlıq edirlər.

XS
SM
MD
LG