Accessibility links

Təlim BMT-nin Bakıdakı nümayəndəliyinin inzibati binasında olacaq

Mayın 20-də BMT-nin Azərbaycandakı Nümayəndəliyinin inzibati binasında Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) qurumlarının iştirakı ilə taktiki - xüsusi təlim keçiriləcək.

FHN-nin məlumatına görə təlimin məqsədi nümayəndəliyin yanğın zamanı fəaliyyət planının reallığının yoxlanılması, nümayəndəliyin əməkdaşlarına yanğın hadisəsi zamanı fəaliyyət üzrə əməli vərdişlərin aşılanması olacaq.

Təlimin məqsədi həmçinin Fövqəladə Hallar Nazirliyinin xilasetmə və yanğınsöndürmə bölmələrinin şəxsi heyətinin nümayəndəliyin ərazisində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi sahəsində təcrübələrinin artırılması, nazirliyin xilasetmə bölmələri və nümayəndəliyin əməkdaşlarının xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi sahəsində birgə fəaliyyət imkanlarının qiymətləndirilməsindən ibarətdir.
XS
SM
MD
LG