Accessibility links

Yanan mağaza sahibləri pullarını tələb edirlər [Video]


Sahibkarlardan biri Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib ki, ona 100 min dollar dəyərində ziyan dəyib

İyunun 30-da Bakının Nizami rayonundakı maşın bazarında baş vermiş yanğından zərərçəkən sahibkarlar dəymiş ziyanın ödənilməsini tələb edir.

Sahibkarlardan biri Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib ki, ona 100 min ABŞ dolları məbləğində ziyan dəyib.

Sahibkarlardan biri Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib ki, 100 min ABŞ dollarlıq ona ziyan dəyib

Sahibkarlardan biri Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib ki, 100 min ABŞ dollarlıq ona ziyan dəyib

Adını açıqlanmasını istəməyən 1-ci qrup əlil sahibkar, maşın bazarındakı mağazasına qoyduğu sərmayənin 65 min manatını Accessbank-dan kredit götürüb, qalan hissəsini isə İsmayıllıdakı bağını satıb.

Sahibkar pullarının “Maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanovdan tələb edir.

"Mən pulumu Rasim Salmanovdan tələb edirəm. Mənim bir nömrəli mağazamı yandıran Rasim Salmanovdur. Mən sözümdən qorxmuram və sözümdən də çəkinmirəm”, sahibkar bildirib.

Sahibkarlar xarici dövlətlərdən ekspertlərin dəvət olunmasını, yanan mallara qiymət qoyulmasını tələb edirlər.

Bununla belə maşın bazarında malları yanan sahibklarlar yanğının gec söndürülməsində suyun gec gəlməsi ilə izah edirlər.

Sahibkarlardan biri Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib ki, 100 min ABŞ dollarlıq ona ziyan dəyib.

Sahibkarlardan biri Amerikanın Səsinin müxbiri ilə söhbətində bildirib ki, 100 min ABŞ dollarlıq ona ziyan dəyib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) komissiyasi hadisə yerində təhqiqat aparırlar. Sahibkarlar yalnız dəmir qapılar arxasından baxırlar və içəri daxil ola bilmirlər.

FHN-in məlumatına görə, yanğın nəticəsində həlak olan və xəsarət alan yoxdur.Yanğın zamanı ümumi sahəsi 3 min kv. metr ərazinin təxminən 900 kv. m.-i yanıb. Şahidlərin sözlərinə görə, 50 dükan yanıb. Lakin sahiblərin çoxu öz əmlakını çıxara bilib.

Avtomobil bazarı Yasamal rayonuna köçürüldükdən sonra son illər bu ticarət ərazisində əsasən avtomobil ehtiyat hissələri, boyalar, təkər və maşın yağları satılır.

XS
SM
MD
LG