Accessibility links

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Fövqəladə Hallar Nazirliyi (FHN) "Binə" ticarət mərkəzində baş vermiş yanğın barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, Bakının Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan geyim mağazasının yanar konstruksiyaları və içərisindəki mallar, digər vətəndaşlara məxsus ümumi sahəsi 216 m2 olan geyim mağazalarının tavanları ümumilikdə 22 m2 sahədə yanıb.

Mağazaların qalan hissəsi və bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

****

Bu gün səhər “Binə” Ticarət Mərkəzində yanğın baş verib.

FHN Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Saat 10.50-ə yaxın yanğın söndürülüb. Yanğının əhatə dairəsi və dəyən zərərin həcmi açıqlanmır.

“Binə” ticarət mərkəzində əvvəllər də yanğın halları baş verib. Tənqidçilər ölkənin ən iri ticarət mərkəzlərindən biri olan “Binə”də təhlükəsizliyin qorunması üçün yetərli tədbirlərin olmadığını vurğulayırlar.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG