Accessibility links

Bakıda bir neçə yanğın olub, yanğınsöndürən həlak olub (yenilənib)


Məcburi köçkün yataqxanasında yanğın

Məcburi köçkün yataqxanasında yanğın

3 yanğın nəticəsində 3000 kvadratmetrdən çox sahə yanıb. Binə bazarında 45 dükan yanıb

Binə Ticarət Mərkəzində 4-cü və 5-cı sıralarda hər birinin sahəsi 40 kv. m olan 45 ədəd müxtəlif geyim və paltar satışı mağazalarının plastik materiallardan ibarət arakəsmələri, dam örtükləri və içərisindəki mallar 1800 kv. m sahədə yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Yanğın saat 02.25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


****
Dekabrın 24 və 25-də Bakıda bir neçə böyük sahəni əhatə edən yanğınlar olub, 1 nəfər həlak olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə dekabrın 24-də Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı zavodunun ərazisində yanğın zamanı bir yanğınsöndürən həlak olub.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və qonşu rayonların yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb edilib. Ümumi sahəsi 2000 kv.m olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kv.m sahədə yanıb.

Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçub. Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Zaur Eyvazov beton plitənin üzərinə düşməsi nəticəsində həlak olub.

Dekabrın 24-də gecə saatlarında “Binə” ticarət mərkəzində də yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub. Yanğın gecə saatlarında söndürülüb, bir neçə maqazin yanıb.

Mətbuat xidmət həmçinin bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda Mədəni Marif kollecinin yataqxananın həyətində məcburi köçkünlərin quraşdırdığı taxta tikililərdə də yanğın olub. Nəticədə yataqxananın həyətində özbaşına taxta konstruksiyalardan tikilmiş ümumi sahəsi 450 kv.m olan tikililərin 6 ailəyə məxsus olan 150 kv.m sahəsi yanıb.
XS
SM
MD
LG