Accessibility links

İlkin məlumata görə, 30-dək avtomobil yanıb

Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb. Ərazidə olan digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

Hadisə şahidlərinin məlumatına görə, yanğın Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasında olub. İlkin məlumatlara görə, 30-dək avtomobil yanıb.
XS
SM
MD
LG