Accessibility links

Yanukoviç: Ukraynanı tərk etməyə məcbur oldum


Viktor Yanukoviç

Viktor Yanukoviç


Hakimyyətdən devrilmiş Ukrayna prezidenti Viktor Yanukoviç ölkəni tərk etməyə məcbur olduğunu və Ukraynanın gələcəyi uğrunda mübarizəyə hazır olduğunu deyib.

Rostov şəhərində mətbuat konfransında danışan cənab Yanukoviç opponentlərini terror və qorxu yaradaraq, Ukraynaya nəzarəti ələ keçirməkdə ittiham edib. O, Kiyevdə müvəqqəti hökumətin qeyri-legitim olduğunu deyib.

Cənab Yanukoviç bildirib ki, hazırkı vəziyyətdən bu il seçkilərin keçirilməsinə yol açmaq üçün onunla müxalifət arasında əvvəl əldə edilmiş razılığın həyata keçirilməsi vasitəsilə çıxmaq mümkündür. O, Ukraynada iğtişaşların təhqiq edilməli olduğunu deyib. Cənab Yanukoviç həmçinin deyib ki, Kiyevin küçələri və meydanlarının dərhal açılmalı, silahlı şəxslər paytaxtın küçələrini tərk etməlidir.

Cənab Yanukoviç baş verən hadisələrə görə Ukrayna xalqından üzr istədiyini və ölkədə sabitliyi saxlamaq və “qanunusuzluğa” yol verdiyi üçün kifayət qədər gücə malik olmadığını deyib.

Viktor Yanukoviç Kiyevi keçlən həftə tərk edib. Onun harada olduğu məlum deyildi. Ukraynanın müvəqqəti hökuməti onu və onun hökumətinin rəsmilərini nümayişçilərin qətlində ittiham edərək, bu həftə onun həbsinə order verib.
XS
SM
MD
LG