Accessibility links

Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevdə onun hakimiyyətinə qarşı yeni küçə nümayişlərinə baxmayaraq, bazar ertəsi günü işə qayıdacağını bildirib.

Cənab Yanukoviç keçən həftə nəfəs orqanlarının iltihabı səbəbi ilə məzuniyyət götürmüşdü. Ukrayna prezidentinin veb səhifəsinə onun səhhətinin yaxşı olduğu bildirilir.

Bazar günü Kiyevdə təxminən 300 min hökumət əleyhdarı nümayişçi prezidentin istefası tələbilə küçələrə çıxıb. Bu, Yanukoviç hökumətinə qarşı etirazların başladığı iki ay ərzində ön böyük nümayişlərdən biridir.

Cənab Yanukoviç baş nazirin istefasını qəbul edib və etirazçıların qəzəbinə səbəb olmuş nümayişlər əleyhinə mübahisəli qanunu ləğv edib. Lakin nümayişçilər cənab Yanukoviçin istefası da daxil olmaqla, daha ciddi güzəştlər tələb edir.
XS
SM
MD
LG