Accessibility links

İnterpol Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin adını beynəlxalq axtarışda olan şəxslərin siyahısına salıb.

Beynəlxalq polis təşkilatının veb səhifəsində cənab Yanukoviç haqda “qırmızı kart”ın yaradıldığına dair məlumat yerləşdirilib. Onun Ukraynanın ədliyyə rəsmiləri tərəfindən dövlət əmlakının mənimsənilməsi və israf edilməsi maddələri ilə axtarışa verildiyi bildirilir.

Cənab Yanukoviç keçən il fevral ayında 100-dın çox insanın ölümülə nəticələnmiş küçə nümayişlərindən sonra Ukraynadan Rusiyaya qaçmışdı.

Ukraynanın keçmiş prezidentinin axtarışa verilməs haqda məlumatın yerləşdirilməsi İnterpol təşkilatının milli polis qüvvələrinə həmin şəxsin tapılması, həbsi və ekstradisiyasına yardım edəcəyi deməkdir.

Rusiyanın İnterfaks agentliyi “məsələ ilə yaxından tanış bir mənbəyə” istinadən Moskvanın cənab Yanukoviçin ekstradisiyası haqda müraciəti belə görünür təmin etməyəcəyini deyib.

Yanukoviç administrasiyasının bir sıra başqa rəsmiləri də İnterpol təşkilatının beynəlxalq axtarışda olan şəxsləri siyahısına salınıb. Buraya keçmiş baş naziri Mikola Azarov, keçmiş maliyyə Yuri Kolobov və Ukraynanın ən böyük telekommunikasiya şirkəti olan Ukrtelekomun sədri Georgi Dzekon daxildir.

XS
SM
MD
LG