Accessibility links

Fevral ayının sonunda devrildikdən sonra Rusiyaya qaçan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç bu gün keçirdiyi mətbuat konfransında bəyanatla çıxış edib.

Mətbuat konfransının keçirildiyi zala girərkən cənab Yanukoviç çox sayda kamera qarşısında güclə gülümsəyib. Mətbuat konfransında cəmi 8 dəqiqə çıxış edən Ukrayna prezidenti jurnalistlərin suallarına cavab vermədən zalı tərk edib. Lakin həmin 8 dəqiqədə o, fikirlərini çatdıra bilib.

Cənab Yanukoviç hazırda Ukraynada hakimiyyətdə olanları ultramillətçi və neo-faşist adlandırıb. O, hökumətin ordunu Bandera bayrağı altına aldığını və ölkədə vətəndaş müharibəsinə başlanacağını deyib.

Mübahisəli tərcümeyi-halı olan, ukraynalıların millətçi lideri Stepan Banderanın II Dünya Müharibəsi zamanı alman faşistləri ilə əlaqəsi olduğu deyilir.

Yanukoviç Ukraynanın yeni hökumətinə yardım təklif etdiyi üçün Birləşmiş Ştatları da tənqid edib. O, Birləşmiş Ştatlar Senatına müraciət edərək ABŞ qanunlarına görə "quldurlara" yardımın qanunsuz olduğunu bildirib.

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç hələ də ölkəsinin prezidenti və baş komandanı olmaqda davam etdiyini və yaxın zamanda Kiyevə dönəcəyini bildirib.
XS
SM
MD
LG