Accessibility links

YAP İlham Əliyevi üçünücü dəfə prezidentliyə namizəd irəli sürəcək


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

“2013-ildə prezident seçkilərində İlham Əliyevin qələbəsi əsas uğur olacaq”, YAP sədrinin müavini bildirib. Bununla yanaşı, müxalifət İlham Əliyevin üçüncü dəfə namizədliyinin irəli sürülməsini qanuna uyğun olmadığını deyir.

Yeni Azərbaycan Partiyası 2013-cü il prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürəcək. Bu barədə YAP sədrinin müavini Əli Əhmədov dekabrın 24-də president İlham Əliyevin ad günündə “Azərbaycan 2013: yeni məqsədlər, yeni uğurlar” mövzusunda konfransda çıxışında bildirib.

Azərbaycan xalqı İlham Əliyevə inanır”, - Ə.Əhmədov vurğulayıb və əlavə edib ki, seçicilər hazırkı prezidentə alternativ görmürlər.

Başa çatmaqda ilin yekunlarını “uğurlu” adlandıran sədr müavini deyib ki, 2013-də prezident seçkilərində İlham Əliyevin qələbəsi əsas uğur olacaq.

Xatırladaq ki, 2009-cu il martında referendum zamanı Azərbaycan Konstitusiyasına edilən düzəlişlər İ.Əliyevin üçüncü müddətə namizədliyini irəli sürməsinə imkan verir
.
Eyni zamanda bir qrip müxalifətçi hüquqşünas və müxalifət nümayəndələri İ.Əliyevin prezidentliyə namizədliyinin üçüncü dəfə irəli sürülməsinin qanunsuz olduğunu bildirib.
Onların fikrincə, Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra seçilmiş prezidentlərə şamil edilə bilər. İ.Əliyev isə həmin anda artıq iki dəfə prezident seçilib.

Digər tərəfdən, müasir Avropada prezidentlik institutunun mövcud olduğu ölkələrdə bir şəxsin iki dəfədən artıq dövlət başçısı postuna seçilməsinə məhdudiyyət var.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG