Accessibility links

Birləşmiş Ştatlara səfər edən Yaponiyanın baş naziri Şinzo Abe prezident Barak Obama ilə bu gün Ağ Evdə görüşəcək. Cənab Abe cümə axşamı Vaşinqton şəhəri yaxınlığındakı Andryu hərbi hava bazasına gəlib.

Yaponiya liderinin Birləşmiş Ştatlara iki ölkə arasındakı uzunmüddətli münasibəti daha da gücləndimək məqsədi ilə səfəri Şimalı Koreyanın nüvə sınaqlarının regionda narahatlıqlara səbəb olduğu bir vaxta təsadüf edir.

Cənab Abe və ABŞ prezidenti Barak Obamanın iki ölkə arasında iqtisadi məsələləri də müzakirə edəcəyi gözlənilir.

Baş nazir Abe vəzifəsinin icrasına ötən ilin dekabr ayında başlayıb. O, Yaponiya iqtisadiyyatını ixracatı gücləndirməklə dirçəldəcəyini vəd edib.
XS
SM
MD
LG