Accessibility links

Çin hökuməti Osaka şəhərinin meri Toru Haşimotonun dediklərinə etirazını bildirib. Yaponiyalı mer İkinci Dünya Müharibəsi zamanı asiyalı qadınların fahişəliyə məcbur edilməsinin lazımlı olduğunu deyib.

Çinin XİN-nin sözçüsü Hong Li bildirib ki, qadınların fahişəliyə məcbur edilməsi yapon militarizmi tərəfindən törədilən ən böyük cinayətdir. Sözçü Çinin tarixi ədaləti sual altına alan yapon siyasətçilərini kəskin qınadığını deyib.

Merin bəyanatı Cənubi Koreya tərəfindən də kəskin şəkildə tənqid edilib.

Koreyalı sabiq "komfort qadınlar" Yaponiya hökumətinə etiraz edir

Koreyalı sabiq "komfort qadınlar" Yaponiya hökumətinə etiraz edir

Yaponiyanın nazirlər kabinetinin katibi Yoşihide Suqa Haşimotonun sözlərinə birbaşa münasibət bildirməsə də, Yaponiya hökumətinin o dövrün bu təcrübəsindən əziyyət çəkənlərə ürək ağırısı ilə yanaşdığını deyib.

1993-cü idlə Yaponiya “komfort qadınları”na görə üzr istəmişdi.

Tarixçilərin dediyinə görə, müharibə dönəmində əsasan Koreya yarımadası və Çindən olmaqla, 200 min qadın yapon əsgərlərini sekslə təmin etməyə məcbur edilib.
XS
SM
MD
LG