Accessibility links

Yaponiya hökuməti girovların azad edilməsinə çalışır


Yaponiyanın baş naziri Şinzo Abe deyib ki, onun ölkəsi İslam Dövləti qrupunun girov götürdüyü şəxslərin azad edilməsi üçün əlindən gələni edir. İslam Dövləti qrupu iki nəfəri azad etmək müqabilində 200 milyon dollar tələb edir.

Tokiodakı iqamətgahında yüksək rütbəli rəsmilərlə görüşdə cənab Abe rəsmiləri Kenji Qoto ilə Haruna Yukavanın azadlığa buraxılması üçün bütün mümkün diplomatik əlaqələrdən istifadə etmək barədə təlimatlandırdığını deyib.

Baş nazir Yaponiyanın terrorçuların tələblərinə məhəl qoymayacağını vurğulayıb. O, sünni ekstremistlər tərəfindən təsirə məruz qalmış ölkələrə 200 milyon dollar verəcəyini vəd edib.

Yaponiya Suriya ilə İraqda yaraqlılara qarşı döyüşdə bilavasitə iştirak etmir.

XS
SM
MD
LG