Accessibility links

Yaponiya rəsmiləri bildirib ki, Çinin Şərqi Çin dənizində təcavüzkar hərbi dəniz fəaliyyətləri ölkənin təhlükəsizliyinə başlıca hədədir. Baş nazir Şinzo Abe regionda Yaponiyanın hərbi mövcudluğunu genişləndirmək məqsədi ilə mübahisəli tədbirlər görülməsinə dair qərar verib.

Yaponiyanın Müdafiə nazirliyinin açıqladığı illik hesabatda Pekinin Şərqi Çinin dənizinin dibində neft və qaz yataqlarının istismar edilməsi planları, eyni zamanda Yaponiyanın nəzarətində olan və Çinin iddia etdiyi bir sıra adalar yaxınlığında hərbi mövcudluğunu artırması kəskin tənqid edilib.

Hesabatda deyilir ki, Çinin resurslarla zəngin Cənubi Çin dənizində bir neçə süni ada yaratması Pekinlə onun bir neçə Şərqi Asiya qonşusu arasında gərginliyin artmasına səbəb olub.

Yaponiya parlamentinin aşağı palatası Yaponiyanın özünü müdafiə qüvvələrinə tətbiq etdiyi məhdudiyyətləri yumşaldacaq qanunları təsdiqləyib. Bu məhdudiyyətlər İkinci Dünya Müharibəsindən sonra ölkə konstitusiyasında təsbit edilmişdi.

Yeni qanunvericilik Yaponiya hərbi qüvvələrinin hücuma məruz qalan dost ölkələri müdafiə etməsinə imkanı yaradır.

XS
SM
MD
LG