Accessibility links

Yaponiya Çinin hərbi qüdrətinə cavab olaraq müdafiə planı hazırlayır


Yaponiya Çinin inkişaf edən hərbi qüdrətinə cavab olaraq müdafiə planının bir hissəsi kimi yeni desant hərbi dəstəsi və pilotsuz kəşfiyyat təyyarələri hazırlayacaq.

Təkliflər təhlükəsizlik strategiyası və müdafiə qaydalarına dair layihələrə əlavə edilib. Qətnamənin gələn həftə Nazirlər Kabineti tərəfindən təsdiqlənəcəyi nəzərdə tutulub.

Yaponiyanın baş naziri Şinzo Abe deyib ki, yeni plan ölkənin milli təhlükəsizliyi istiqamətində tarixi irəliləyiş olacaq.

Layihələr Çinin regionda status-kvonu güc naminə dəyişmə cəhdinə xəbərdarlıq edir. Onlar xüsusilə Pekinin Şərqi Çin dənizində Yaponiyanın da iddialı olduğu adalarda yeni havadan müdafiə zonasını qeyd edir.

Ərazini müdafiə etmək üçün plana Okinava adasında Naha hava bazasında desant dəstələri yaratmaq,pilotsuz kəşfiyyat təyyarələri və erkən xəbərdarlıq təyarələri də daxildir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG