Accessibility links

Yaponiya 19 min insan ölümünə və 1986-cı ildə baş vermiş Çernobl hadisəsindən sonra ikinci ən dəhşətli nüvə qəzasına səbəb olmuş zəlzələ və sunamı fəalkətinin ildönümünü bir dəqiqəlik sükutla qeyd edib.

Bu gün Tokioda keçirilən milli mərasimdə İmperator Akihito, İmperatriça Mikiko və yüksək rütbəli hökumət rəsmiləri iştirak edib. Mərasim iştirakçıları həlak olanların xatirəsini 2011-ci il mart ayının 11-ində Yaponiyanın şimal sahilində 9 bal gücündə zəlzələnin baş verdiyi vaxtla eyni vaxtda, günorta saat 2:46-da anıb.

Ölkə boyu nüvə obyektlərinin bağlanılması şüarı ilə nüvə əleyhinə nümayişlər keçirilib.

Zəlzələdən yaranmış fəlakətli sunami Fukuşima Daiiçi nüvə obyekti də daxil olmaqla, sahil rayonlarını viran qoyub və təxminən 19 min insanın ölümünə və ya itkin düşməsinə səbəb olub. Zərər dəymiş regionun bərpa səyləri ləng gedir. Rəqəmlər 300 mindən çox insanın hələ də daimi yaşayış yeri olmadığını göstərir.
XS
SM
MD
LG