Accessibility links

Yaponiya lideri Çinin tələblərini rədd etdi


Balıqçı gəmisinin kapitanı azadlıqda

Balıqçı gəmisinin kapitanı azadlıqda

Yaponiya baş naziri Naoto Kan Çinin balıqçı gəmisinin kapitanını saxladığına görə üzr istəmək və təzminat tələbini rədd edib. Cənab Kan Tokyoda müxbirlərə bildirib ki, Şərqi Çin Dənizində yerləşən məskunlaşmamış adalar qrupu Yaponiyaya məxsusdur. Yaponların Senkaku, çinlilərinsə Diaoyu adlandırdıqları adalara hər iki ölkənin iddiası var. Həmin adalar ətrafındakı sularda bol balıq və neft-qazla zəngin yataqlar var. Yaponya lideri Çinin tələblərini qəbul etmək məramında olmadığını bildirib. Cənab Kanın bəyanatı Çin xarici işlər nazirliyinin üzr istəməklə bağlı çağırışından bir gün sonraya təsadüf edir. Yapon hökuməti həmin çağırışdan öncə artıq balıqçı gəmisinin kapitanını azad etmişdi.

XS
SM
MD
LG