Accessibility links

Yaponiya "maksimum sayıqlıq" vəziyyətindədir


Yaponiya "maksimum sayıqlıq" vəziyyətindədir
Yaponiya "maksimum sayıqlıq" vəziyyətindədir

Sunaminin zədələdiyi Fukuşima nüvə stansiyasından radiasiya sızdıqca, Yaponiya baş naziri nüvə böhranı ilə əlaqədar ölkənin "maksimum sayıqlıq" vəziyyətinə gətirildiyini elan edib.

Baş nazir Naoto Kan deyir ki, sunaminin zədələdiyi Fukuşima nüvə stansiyasında situasiya "qeyri-müəyyən" qalır. Bu günlərdə ərazidəki torpağda pluton maddəsi aşkar edilib.

Baş nazir Naoto Kan parlament qarşısına çıxaraq reaktor kompleksi ətrafındakı böhranla bağlı sualları cavablandırıb. O, öz hökumətinin bütün diqqətini sunaminin zədələdiyi reaktordan qaynaqlanan radiasiyanın qarşısını almağa yönəltdiyini bildirib.

Rəsmilər stansiyanın ətrafında beş müxtəşif nöqtədən götürülmüş nümunələrdə təhlükəli plutonimun aşkar olunduğunu deyirlər. Beynəlxalq Atom Enerjisi Agentliyi radiasiya səviyyəsinin normadan yüksək olmadığını bildirsə də nümunələrin tərkibinə əsasən onların nüvə stansiyasından qaynaqlandığını xəbər verib.

Zədələnmiş nüvə stansiyasından qaynaqlanan radioaktiv iodin uzaq Britaniya və Rusiyada aşkar olunub. Lakin hər iki ölkənin rəsmiləri radiasiyanın insan sağlamlığına təhlükə törətmədiyini deyirlər.

Yaponiya rəsmiləri bildirir ki, plutoniumun mövcudluğu 3 nömrəli reaktorun özəyinin əriməsini göstərir. Bu reaktor yanacaq hasil etmək üçün plutoniumdan istifadə edən yeganə reaktordur.

Hökumət sözçüsü Yukio Edano deyib ki, rəsmilər nüvə böhranını nəzarət altına almaq üçün əllərindən gələni edirlər. O, Yaponiyanın ABŞ Nüvə Nizamlamaları Komissiyası və ABŞ Silahlı Qüvvələri ilə əməkdaşlıq etdiyini söyləyib.

Bu arada zəlzələ və sunami nəticəsində 11 000 cəsədin tapıldığı xəbər verilir. Əlavə 170 000 adam hələ də itkindir. Sığınacaqlarda 200 000 adam qalır.

XS
SM
MD
LG