Accessibility links

Ötən ay Yaponiyanın mübahisəli Yasukuni Məbədində baş verən partlayışla əlaqədar olaraq bir cənubi koreyalı kişi həbs olunub.

Polis bildirib ki, 27 yaşlı Con Çanq-han çərşənbə günü Tokiodan Cənubi Koreyaya gəldiyi gün saxlanılıb. O, məbədə qanununsuz məqsədlərlə daxil olmaqda ittiham olunur.

Təhqiqatçılar şübhəli şəxsin noyabrın 23-də partlayışdan bir az sonra təhlükəsizlik kameralarında görüntüləndiyini bildirir. Polis partlayışın baş verdiyi ayaqyolunda partlayıcı maddələrlə dolu borular və rəqəmsal taymer aşkar edib.

Partlayış zamanı məbəddə 100 nəfər olsa da, xəsarət alan olmayıb.

Con Tokioya partlayışdan iki gün öncə gəlib və daha sonra noyabrın 23-də günorta radələrində Cənubi Koreyaya geri dönüb.

Yasukuni Məbədi iki milyona yaxın Yaponiya əsgəri və müharibə cinayətlərinə görə ittiham olunub, edam edilən bir sıra yüksək rütbəli hərbi və siyasi xadimlərinin xatirəsinə ucaldılıb.

Yaponiyanın yüksək rütbəli rəsmilərinin mütəmadi olaraq məbədi ziyarət etməsi 20-ci əsrin ilk yarısında Yaponiyanın hərbi təcavüzünə məruq qalıb, zülm çəkən Çin və Cənubi Koreyanı qəzəbləndirir.

XS
SM
MD
LG