Accessibility links

Yaponiya İrandan neft idxalını azaldacaq

  • Amerikanın səsi

Yaponiya İrandan neft idxalını azaldacaq

Yaponiya İrandan neft idxalını azaldacaq

Yaponiya ABŞ-ın sanksiyalarına dəstək vermək məqsədi ilə İrandan neft idxalını azaldacağına söz verib. Yaponiyanın maliyyə naziri Cun Azumi bu gün bildirib ki, neft itxalının 10 faizini İrandan alan Yaponiya idxalın azaldılması yolunda konkret addımlar atacaq.

Azumi bildirib ki, Yaponiya ötən beş il ərzində onsuz da İrandan neft idxalının tədricən azaldırdı. O, deyib ki, rəsmi Tokyo İranın nüvə proqramının beynəlxalq narahatlığa səbəb olduğunu başa düşür. Azumi rəsmi Tokyonun mövqeyini ABŞ maliyyə naziri Timoti Qaytnerlə görüşündən sonra açıqlayıb. Cənab Qaytner Yaponiyanın sanksiyalara dəstəyini alqışlayıb.

XS
SM
MD
LG