Accessibility links

Yaponiya rəsmiləri nüvə reaktorlarını soyutmağa çalışır


Yaponiya rəsmiləri nüvə reaktorlarını soyutmağa çalışır
Yaponiya rəsmiləri nüvə reaktorlarını soyutmağa çalışır

Yaponiya hərbçiləri yüksək təzyiqli şlanqlardan istifadə edərək zəlzələ nəticəsində zədələnmiş reaktorların yanacaq naqillərini soyutmağa çalışırlar. Uğursuz cəhdlərdən bir gün sonra helikopterlər bütün günü reaktorlar üzərinə havadan su toküblər. Müdafiə naziri Toşimi Kitazava deyib ki, hökumət missiyanı yubatmağın qeyri-mümkün olması qənaətinə gəlib.

Tokyodan 240 kilometr şimalda yerləşən Fukuşima nüvə reaktorları ətrafındakı yüksək radiasiya səviyyəsi yanğınsöndürənlərin ərazidə yalnız bir neçə dəqiqləik seqmentlərdə işləməsinə imkan verir. İlkin ölcmələr göstərir ki, helikopterlərdən axıdılan suyun radiasiya səviyyəsinə təsiri cüzi olub.

Rəsmilər tezliklə nüvə reaktoruna elektrik cərəyanını bərpa etməyə ümid bəsləyirlər. Elektrik cərəyanının bərpası reaktorların normal qaydada soyudulmasına imkan verəcək. ABŞ və başqa hökumətlər vətəndaşlarına reaktorladan 80 kilometr məsafədə qalmağı tövsiyə ediblər.

XS
SM
MD
LG