Accessibility links

Yaponiya Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edərək, Moskvanı böhranın dinc yolla həllinə çağırıb.

Yaponiyanın baş naziri Yoşihido Suqanın dediyinə görə, yeni sanksiyalar Rusiyaya silah ixracının məhdudlaşdırılması və Yaponiyada fəlaliyyət göstərən bəzi bankların qiymətli kağızlarına qadağa qoyulmasını nəzərdə tutur.

Yaponiya bu il Rusiyaya iki sanksiya paketi tətbiq edib. Lakin son ölçülər ABŞ və Avropa İttifaqının sanksiyaları ilə eynidir.

Rusiyanın Xarici İşlər Nazirliyi Yaponiyanın qərarından narazılığını bildirərək, sanksiyaları “məntiqsiz qeyri-dost əməli” adlandırıb.

XS
SM
MD
LG