Accessibility links

Yaponiyada 18 min insanın ölümü və ən ağır nüvə fəlakətinə səbəb olan sunaminin 3-cü ildönümü qeyd edilir. Yerli vaxtla saat 14:46-da fəlakətin qurbanlarının xatirəsi sükutla anılıb.

Mərasimdə iştirak edən baş nazir Şinzo Abe zəlzələdən sonrakı yenidənqurma işlərinin sürətləndiriləcəyinə vəd verib.

İmperator Akihito vəhdətə səsləyərək, insanların çiyin-çiyinə durmasının vacibliyini vurğulayıb.

Dünya ölkələrinin liderləri Yaponiya xalqına xoş diləklərini ünvanlayıb.

ABŞ dövlət katibi yapon xalqının mətinliyinə heyrət etdiyini dilə gətirib. Con Kerri deyib ki, ABŞ yapon qardaşlarına bərpa işlərində yardım səylərini əsirgəməyəcək.

Rixter şkalası ilə 9 bal gücündə olan zəlzələ sahil bölgələri dağıtmaqla yanaşı, Fukuşima Atom Elektrik Stansiyasına ciddi zərər vurub, radiasiya sızmasına səbəb olub.

Hökumətin milyardlarla dollarlıq vəsait ayırmasına baxmayaraq, bərpa işləri ləng gedir. 270 min insan hələ də evsizdir.

Fukuşima stansiyasının normal fəaliyyətinin bərpası 40 il tələb edir.

Fəlakətə məruz qalmış bəzi bölgələrdə isə yenidənqurma işləri ümumiyyətlə aparılmır.
XS
SM
MD
LG