Accessibility links

Yaponiya lideri: Tokio adalarla bağlı güzəştə getməyəcək


Yaponiyanın baş naziri Yoşihiko Noda deyib ki, rəsmi Tokio Çinlə ərazi mübahisəsinin mərkəzində olan insan məskunlaşmayan bir qrup adalara iddiasında güzəştə getməyəcək.

Çərşənbə axşamı BMT-nin Baş Assambleyasının illik iclası nəzdində keçirilən mətbuat konfransında çıxış edən cənab Noda hökumətinin son vaxtlar Şərqi Çin dənizində yaponların Senkaku, çinlilərin isə Diaoyu adlandırdıqları adaları almasını müdafiə edib.

Cənab Noda bildirib ki, Yaponiyanın adaları fərdi sahibkarlardan alması Yaponiya qanununa tam müvafiqdir, lakin Çin bunu başa düşmür. Baş nazır Noda bəzi yaponiyalı sahibkarların bizneslərini və Çində yaşayan yapon əsilli vətəndaşları hədəf alan zorakılıqları pisləyib.

Cənab Noda bu bəyanatı BMT-dəki nitqindən sonra verib.
XS
SM
MD
LG