Accessibility links

Yaponiyada polis Okinava adasında iki ABŞ hərbi dənizçisini yapon qadını zorlamaqda şübhəli bilərək həbs edib. Bu, Amerika qoşunlarına dair ölkədə mövcud gərginliyin daha da artmasına səbəb olub.

Rəsmi Tokio ABŞ səfiri Con Rusu məsələyə aydınlıq gətirmək üçün dəvət edib və insidentlə bağlı nota verilib. Hadisənin Okinava adasında dünən sübh çağı baş verdiyi deyilir.

Yaponiyanın yüksək rütbəli rəsmiləri ilə görüşdən sonra səfir Rus Vaşınqtonun məsələdən narahat olduğunu və aparılan təhqiqata tam dəstək verəcəyini deyib.

Bundan öncə ABŞ hərbi qüvvələrinin Yaponiyada əsas bazası yerləşən Okinava adasında mübahisəli Osprey hibrit təyyarəsinin adaya gətirilməsi sakinlər arasında narazılığa səbəb olmuşdu.
XS
SM
MD
LG