Accessibility links

100 yaşlı yaponiyalı qadın 1500 metrlik sərbəst stildə üzgüçülük üzrə yarışmanı bitirən ilk bu yaşda insan olub.

Ötən şənbə Yaponiyanın Matsuyama şəhərində üzgüçülük yarışmasını 15 dəqiqə 54 saniyəyə başa vuran Mieko Naqaoka öz yaş qrupunda dünya rekordunu vurub.

Bu, 1980-ci illərdə diz zədəsinin reabilitasiyasının tərkib hissəsi olaraq üzgüçülüyə başlayan Naqaokanın 25-ci rekordudur,

O, beynəlxalq üzgüçülük yarışlarında ilk dəfə 88 yaşında iştirak edib. Naqaoka 2002-ci ildə Yeni Zellandiyada keçirilən yarışmada arxa üstə üzgüçülükdə bürünc medal qazanıb, daha sonra isə 2004-cü ildə İtaliyada keçirilən yarışda üç gümüş medal alıb.

Masters üzgüçülüyü yarış növüdür və iştirakçılar əsasən də yaşlılar arasında dostluq yaradılmsı və onların sağlamlığının artırılmasına yönəlib. Fərdi üzgüçülər cari ilin dekabr ayının 31-də olan yaşlarına görə təyin olunan 5 fərqli yaş qrupu arasında yarışırlar.

XS
SM
MD
LG