Accessibility links

Yaponiyada anonim donor zəlzələ səylərinə 130 000 dollar verib


Yaponiyada anonim donor zəlzələ səylərinə 130 000 dollar verib
Yaponiyada anonim donor zəlzələ səylərinə 130 000 dollar verib

Kimsə içərisində 130 min dollar olan torbanı Yaponiyada ictimai ayaq yoluna qoyub. Torbaya vurulmuş qeyddə bildirilir ki, pul mart ayında sunami və zəlzələdən zərər çəkmiş insanlar üçün nəzərdə tutulub.

Plastik torba ötən həftə şimal-qərbi Sakado şəhərinin dövlət idarəsində tapılıb. Anonim donor qeyddə bildirib ki, o, pulun güclü dağıntılara məruz qalmış Tohoku regionunda bərpa səylərinə sərf edilməsini arzulayır.

Şəhər rəsmiləri bildiriblər ki, əgər pulun sahibi növbəti üç ayda tapılmasa onda pul Yaponiya Qırmızı Xaç Cəmiyyətinə ianə ediləcək.

XS
SM
MD
LG