Accessibility links

Yaponiyada dünyanın ən böyük inşaatı olan qüllənin tikintisi başa çatır


Yaponiyada dünyanın ən böyük inşaatı olan qüllənin tikintisi başa çatır

Yaponiyada dünyanın ən böyük inşaatı olan qüllənin tikintisi başa çatır

Yaponiyada dünyanın ən böyük inşaatı olan qüllənin tikintisi bu ayın sonunda başa çatır. Dubayda 829 metr hündürlüyü olan Kalifə qülləsidən sonra bu, ikinci ən yüksək göydələndir.
İllərlə Tokio ziyarətçiləri üçün Parisin Eyfel qülləsindən 13 metr hündür olan qüllə cəlbedici memarlıq əsəri olub. Lakin bu tikili 800 milyon dollara başa gələn qüllə qarşısında təkəbbürünü itirmiş olur. Səma ağacı adlanan yeni qüllə üç aydan sonra ictimaiyyətin ixtiyarına veriləcək. 634 mert hündürlüyü olan qüllə Tokio qülləsindən iki dəfə ucadır.
Tele-radoio şirkətləri burada yer icarə etməklə, qüllənin əsas gəlirini təmin edəcək. Burada hər il 2-3 milyon təşkil edəcək ziyarətçilərdən giriş ödənişi toplanması da nəzərdə tutulur. Səma ağacına giriş 40 dollara qədər olacaq. Bunun müqabilində Tokionun qonaqları 450 mertlik yüksəklikdən şəhəri seyr edə biləcək.
İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Saeko Masudanın dediyinə görə, aydın günlərdə ziyarətçilər 75 km-lik məsafəni rahatlıqla görə biləcək.
“Buradan Fuji və Kanto bölgələri aydın görünəcək. Kanto Tokionun ətraları deməkdir. Sakit okeanı və dağlar gözlərinizi oxşayacaq. Buyurun, gəlin.”
Bəzilərini dünyanın seysmik baxımdan ən fəal bölgəsində inşa edilən bu tikili qorxuda bilər. Belə ki, ötən il Yaponiya güclü bir zəlzələnin təsirinə məruz qalmışdı. Qüllə titrəmiş, lakin dağılmamışdı.
Qüllənin inşasında anti-seysmik texniklardan istifadə edilib. Səma ağacının mərkəzi beton silindri ətraf polad çərçivədən ayrı tikilib. Məhz bu texnika vibrasiyanın azalmasına xidmət edir.
“Polad və betonun müxtəlifliyi zəlzələ zamanı titrəyişə mane olur.”
Qüllənin inşaatçıları tikilinin ənənəvi yapon memarlığı dizaynına əsasən inşa edildiyini deyir. Qüllənin qabarıq və içəriyə doğru əyilmiş formaları onun görünüşünü baxıldığı yerə görə dəyişir.

XS
SM
MD
LG