Accessibility links

Yaponiyada güclü zəlzələ baş verib


Çərşənbə axşamı səhər radələrində Yaponiyanın şimal sahilində güclü zəlzələ və bir neçə kiçik tsunami baş verib.

Yaponiya Meteorologiya agentliyinin bildirdiyinə görə, 7.4 bal gücündə zəlzələnin episentri Fukuşima prefekturasınının Sakit Okean sahili olub.

Sakit Okean Tsunami Xəbərdarlıq Mərkəzi ilk tsunami dalğasının 90 santimentr olduğunu bildirib.

Yaponiya televiziyası tsunami dalğalarının bəzi yerlərdə çayların daşmasına səbəb olduğunu göstərib.

2011-ci ildə baş verən zəlzələnin və tsunaminin şahidi olmuş yerli sakin deyib ki, onlar xəbərdarlıqlara ciddi yanaşıb.

“2011-ci ildəki zəlzələ mənin gözümün önündə baş verdi. Onunla müqayisədə bu zəlzələ o qədər də ciddi olmaya bilər, amma mənə elə gəlir ki, biz yenidən eyni səhvlərə yol verə bilmərik,” deyə o bildirib.

Zəlzələ və tsunami nəticəsində dəyən xəsarət və zərərin minimal olduğu bildirilir.

Region sakinləri səhər tsunami xəbərdarlıq sirenaları səslənəndən sonra yüksəkliklərə qalxmağa başlayıb.

Çərşənbə axşamı baş verən zəlzələ 2011-ci ilin mart ayında həmin regionda 40 metr hündürlüyündə tsunamilərə səbəb olan və 20 min insanın ölümü, eləcə də Fukuşima nüvə elektrik stansiyasının dağılması ilə nəticələnən 9.0 bal gücündəki zəlzələdən daha zəif olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG