Accessibility links

Yaponiyada radiasiyadan zəhərlənənlər xəstəxanaya yerləşdirilib


Yaponiyada radiasiyadan zəhərlənənlər xəstəxanaya yerləşdirilib

Yaponiyada radiasiyadan zəhərlənənlər xəstəxanaya yerləşdirilib

Yaponiya rəsmiləri iki fövqəladə hallar işçisini ayaqlarında radiasiya üzündən yara əmələ gəldiyi üçün xəstəxanaya aparıldığını xəbər verirlər.

Yaponiyanın baş kabinet katibi deyir ki, Fukuşima nüvə stansiyasının 3 nömrəli reaktorunda işləyərkən üç əməkdaş yüksək səviyyəli radiasiya alıb. İşçilər kabellər üzərində işləyərkən radiasiyalanmış suya ayaq basıblar.

Yukio Edanonu sözlərinə görə işçilər 170 millisevertdən çox radiasiyaya məruz qalıblar və bunun nəticəsində onlar dərhal xəstəxanaya aparılıb.

Təmir işləri cümə axşamı nüvə stansiyasında məcrasına qayıdıb.

Radiasiyanın çatdığı Tokyoda rəsmilər suda aşkarlanan radiasiya səviyyəsinin normaldan iki dəfə yüksək olduğunu bildirir. Rəsmilər bir yaşdan az uşaqları olan ailələrə 240 min butulka su paylayıb. Belə ki, yaranan panika nəticəsində supermarketlərə konteynerə qoyulmuş sual satılıb.

Yaponiya milli telveziyası NHK-də yayılan məlumata görə suda radiasiyanın səviyyəsi azalıb və artıq uşaqlara kran suyu verilməməsi barədə tövsiyə geri götürülb.

İndiyədək təbii fəlakət nəticəsində ölənlərin rəsmi sayı 9700, itkin düşənləri sayı isə 16500-dür. 300000-dən çox adam müvəqqəti sığınacaqlarda məskunlaşıb.

XS
SM
MD
LG