Accessibility links

Yaponiyada müxbirlər zədələnmiş nüvə stansiyasına baş çəkiblər


Yaponiyada müxbirlər zədələnmiş nüvə stansiyasına baş çəkiblər
Yaponiyada müxbirlər zədələnmiş nüvə stansiyasına baş çəkiblər

Yaponiya rəsmiləri bir qrup jurnalisti zədələnmiş Fukuşima nüvə stansiyasına aparararaq onları martın 11-də baş vermiş sunami və zəlzələdən bəri görülən işlərlə tanış ediblər.

Müxbirlər nəhəng dalğaların aşırdıqları yük maşınlarını, zədələnmiş reaktor binalarını və səkkiz ay öncə zəlzələ baş verdikdən bəri toxunulmamış qalan dağıntıları müşahidə ediblər.

Jurnalistlər tam bədənlik qoruyucu kaftan geyiblər və turdan sonra radiasiya testindən keçiblər.

Yaponiya hökuməti və Tokyo Elektrik Şirkəti bildirir ki, stansiya soyuq söndürülüməyə doğru irəliləyir. Reaktorun temperaturu sərindir və nəzarət altındadır.

XS
SM
MD
LG