Accessibility links

Yaponiyada nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb

  • Amerikanın səsi

Yaponiyada nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb

Yaponiyada nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb

Yaponiya rəsmilərinin bildirdiyinə görə, zəlzələnin ziyan vurduğu nüvə reaktorundan sızan radiasiya səviyyəsi təhlükəli həddə çatıb.Yaponiyanın baş naziri Naoto Kan radiasiya səviyyəsi və daha artıq sızma riskinin xeyli yüksək olduğunu bildirib. Fukuşima nüvə reaktorunun 30 km-lik məsafəsində yaşayanlara evlərindən çıxmamağa göstəriş verilib. Yaponiyanın şimalında isə zəlzələ və sunaminin yerlə yeksan etdiyi ərazilərdə cəsədlərin axtarışı davam etdirilir. İndiyədək 2400 cəsəd aşkar edilib. Minlərlə insan hələ də itkindir. Yaponiya baş naziri fəlakətə məruz qalmış ərazilərə baş çəkməyə davam edir və nüvə reaktorunda baş verən sonuncu partlayış dünyanın diqqətini zəlzələnin və onun ardınca sahildən bəzi hallarda on kilometrə qədər ərazini təsiri altında qoyan sunaminin səbəb olduğu dağıntılardan radiasiyanın yayılması təhlükəsi və bunun üçün görüləcək tədbirlərə yönəldib. Yaponiya məsələ ilə əlaqədar ABŞ-dan yardım istəyib və artıq bir neçə nüvə mütəxəssisi Birləşmiş Ştatlardan Yaponiyaya göndərilib. ABŞ prezidenti Barak Obama ölkəsinin Yaponiya xalqına dəsdəyini bir daha təkrar edib.

Məlum olduğu kimi ABŞ-ın Yeddinci donanmasından zəlzələ qurbanlarına yardımlar daşınır. Havada radiasiya miqdarının artmasına görə bu əməliyyat müvəqqəti olaraq dayandırılıb. Aşağıdakı videoda Yaponiyadan son görüntüləri izləyə bilərsiniz.

XS
SM
MD
LG