Accessibility links

Yaponiyada nüvə stansiyalarının bağlanması barədə razılığa gəlindi


Yaponiyada nüvə stansiyalarının bağlanması barədə razılığa gəlindi
Yaponiyada nüvə stansiyalarının bağlanması barədə razılığa gəlindi

Yaponiya nəhəng elektrik şirkətinin direktorları zəlzələ və sunamiyə tab gətirə bilməyəcək Fukuşimaya bənzər atom elektrik stansiyalarının bağlanması barədə razılığa gəliblər.

Baş nazir Naoto Kanın bu haqda xahişi alimlərin növbəti 30 il ərzində nüvə stnasiyası yaxınlığında zəlzələnin baş vermə şanslarının 90 faiz olduğunu deməsindən sonra etmişdi. Lakin Hamaoka stansiyasını işlədən Çubu Elektrik Şirkəti bir az əvvəl xəbərdarlıq etmişdi ki, stansiyanın bağlanması elektrik təlabatının ödənməsini çətinləşdirəcək. Həmin bu stansiya Toyota Motor Şirkətinin baş qərargahının yerləşdiyi qərbi Yaponiyadadır.

Tokyodan şimal-şərqdə Fukuşima nüvə stansiyasının zədələnməsindən sonra Yaponiyada könüllü qənaət planı işə salınıb.

XS
SM
MD
LG