Accessibility links

Yaponiyada radiasiya səbəbilə 50 min ailəyə 12000 dollara yaxın təzminat ödəniləcək


Yaponiyada radiasiya səbəbilə 50 min ailəyə 12000 dollara yaxın təzminat ödəniləcək
Yaponiyada radiasiya səbəbilə 50 min ailəyə 12000 dollara yaxın təzminat ödəniləcək

Yaponiya hökuməti Tokio Elektrik Enerjisi şirkətinə Fukuşima Atom Elektrik Stansiyasının 30 kilometrliyində yaşayan 50 minə yaxın ailəyə təzminət ödənilməsi barədə göstəriş verib.

TEPCO prezidenti Masataka Şimizu bildirib ki, bir neçə üzvdən ibarət olan ailələr 12 min dollar, bir üzvlü ailələr isə bu məbləğin 75 faizini alacaqlar.

Yaponiyanın sənaye nazirinin sözlərinə görə, o, hazırsızlıq evlərini tərk edənlərə qısa müddətli yaşayış xərclərini qarşılamaq üçün şirkətin ödənişləri sürətli şəkildə aparılmasını istəyir. Yaponiya polis agentliyi bildirir ki, zəlzələ və sunamidən bəri 13 min 500 adam həlak olub. Hesabatda 14 700 nəfərin isə itkin düşdüyü bildirilir. Rəsmilərin sözlərinə görə, radiasiya zonasından qaçan 140 min insan isə hələ də müvəqqəti sığınacaqlarda qalır.

XS
SM
MD
LG