Accessibility links

Yaponiyada radiasiyalı ət vahiməsi yayılıb

  • Amerikanın səsi

Yaponiyada radiasiyalı ət vahiməsi yayılıb

Yaponiyada radiasiyalı ət vahiməsi yayılıb

Yaponiyada radiasiyaya məruz qalmış mal əti ilə bağlı qorxular yayılıb. Ölkənin bir sıra guşələrində ətin radiasiyalı olması haqda məlumatlar daxil olur.

Media xəbər verir ki, tərkibində son dərəcə yüksək radiasiyalı sezium maddəsi olan saman yedikdən sonra 132 baş mal-qara Yaponiyanın müxtəlif bölgələrinə göndərilib.

Hökumətin nüvə böhranının episentrində yerləşən Fukuşima prefekturundan bütün mal əti ixracatını dayandıracağı gözlənilir. Burada bir nömrəli nüvə stansiyası sunami nəticəsində ağır zədəyə məruz qaldıqdan sonra hələ də radiasiya sızır.

XS
SM
MD
LG