Accessibility links

Yaponiyada təcrid olunmuş adamlara havadan yardım daşınır


Yaponiyada təcrid olunmuş adamlara havadan yardım daşınır
Yaponiyada təcrid olunmuş adamlara havadan yardım daşınır

Hərbçilər ötən həftəsonu Yaponiyanın qərbində baş verən tayfun nəticəsində təcrid olunmuş insanlara havadan yardım daşıyırlar.

Talas tayfununu müşayiət edən yağışlar çayların daşmasına, sellərə və torpaq sürüşmələrinə səbəb olub. Tufan yolları yuyub aparıb, telefon və elektrik dirəklərini qırıb və 4000 adamı təcrid olunmuş vəziyyətə salıb.

Tayfun nəticəsində 37 adamın öldüyü, 54-nün itkin düşdüyü bildirilir. Qurbanlar sırasında Naçikatsura şəhərinin merinin həyat yoldaşı və qızı var. Evlərinin yaxınlığındakı daşmış çayı yoxlamağa gedərkən onları sel aparıb.

XS
SM
MD
LG