Accessibility links

Yaponiyanın Tokio şəhərindən qərbdə tunelin tavanından beton parçasının tunelin içərisində hərəkət edən avtomobillərin üzərinə düşərək təxminən doqquz nəfəri öldürməsindən sonra ölkə boyu tunel yollarında fövqəladə yoxlamaların keçirilməsinə göstəriş verilib.

Bu gün başqa oxşar dizaynda tikilmiş 49 tuneldə yoxlamalar aparılıb.

Təhlükəsizlik rəsmiləri hadisənin beton plitələri saxlayan əsas dəmir dirəyin sınması nəticəsində baş verdiyini ehtimal edir. 35 il bundan əvvəl inşa edilmiş tunel son dəfə sentyabr ayında yoxlanılıb.

Bu gün səhər xilas dəstələri tunnelin yerdə qalan hissələrinin təhlükəsiz vəziyyətə gətirilməsi üçün işlərini dayandırmağa vadar edilib.

Televiziya hadisədən bir az sonra 4.7 kilometrlik Sasaaqo tunelindən qalxan qara dumanı nümayiş etdirib.

Artıq bir neçə cəsəd tuneldən çıxarılıb. Polis dağıntılar altından daha çox cəsədin çıxarılacağını ehitmal edir.
XS
SM
MD
LG