Accessibility links

Yaponiyanın cənub-qərbində vulkan püskürtüsü səmaya kül və tüstü uçurub. Kyodo xəbər agentliyi ötən həftədən bəri Şinmo Zirvəsinin altıncı dəfə püskürdüyünü bildirir. Xəbərdə tüstünün 2000 metr hündürlüyə qalxdığı deyilir. 1400 metr hündürlükdəki vulkan Kaqoşima və Miyazaki prefekturalarının sərhədində yerləşən Kirişima vulkan qrupuna daxildir. Yaponiya Metereologiya Agentliyi vulkanın ətraf bölgələrdə dağıntı yaratması haqda məlumat almadığını bildirib.

XS
SM
MD
LG