Accessibility links

Yaponiyada yenidənqurma naziri istefa verdi


Yaponiyada yenidənqurma naziri istefa verdi

Yaponiyada yenidənqurma naziri istefa verdi

Yaponiyanın yenicə təyin edilmiş yenidənqurma naziri 11 mart zəlzələ və sunamisinin zərərçəkənlərinin şikayətləri səbəbilə vəzifəsində istefa verib.

Ryu Matsumoto baş nazir Naoto Kanla görüşdən sonra istefa ərizəsini yazıb. Matsumoto bir həftə idi ki, bu vəzifəyə təyin edilmişdi.

Matsumotonun İvate və Miyaqi vilayətlərinin qubernatorlarını tənqid etməsi zəlzələ qurbanlarının qəzəbləndirmişdi.

O İvatenin qubernatoruna demişdi ki, mərkəzi hökumət özləri barədə düşünməyən yerli icmalara kömək edə bilməz.

Qeyd edək ki, ölkənin baş naziri Naoto Kan da fəlakətlə mübarizəni lazımı səviyyədə aparmadığı üçün istefa təzyiqləri altındadır.

XS
SM
MD
LG