Accessibility links

Yaponiyanın yüksək texnologiyalı tualetləri [Video]


2020-ci ildə keçiriləcək Olimpiya Oyunları səbəbilə ölkəyə böyük xarici ziyarətçi axını gözləyən Yaponiya rəsmiləri xaricilərə Yaponiyada üzləşəcəkləri fərqli adət və ənənələri anlamağa yardım etməyin yollarını axtarırlar. Bunlardan biri də tualetdən istifadədir, çünki Yaponiyadakı bir çox şey kimi tualetlər də yüksək texnologiyalıdır.

Bu yaxınlarda Yaponiya rəsmiləri xaricilərə tualetdən istifadə etməyə yardım etmək üçün bir sıra simvollar yaradıblar. Bu simvollar hazırda bir çox insanın öyrəşdiyi simvollardan fərqlidir.

Bu ağıllı tualet adlanan unitazların isidilmiş oturacaqları, eləcə də fırlanan və titrəyən bideləri var ki, bu bidelər hər istifadədən sonra tualetdən istifadə edəni və unitazı yuyub, təmizləyir.

1980-ci illərin əvvəllərindən bəri Yaponiyadakı ənənəvi tualet oturacaqları bide funksiyası olan modellərlə əvəzlənib. Amma bu modellərin bidedən başqa əlavə funksiyaları da var.

“Bu ağıllı tualet adlanan unitazlarına isidilmiş oturacaqları, eləcə də fırlanan və titrəyən bideləri var ki, bu bidelər hər istifadədən sonra tualetdən istifadə edəni və unitazı yuyub, təmizləyir,” TOTO USA şirkətindən Bill Stranq deyir.

Bir çox hoteldə və başqa ictimai yerlərdə əlavə sanitar funksiyaları olan yüksək texnologiyalı tualetlər var.

Tualetin bakındakı elektrodlar tualetə axan suyu yüngül natrium hipoxlorid həllinə çevirir. Bu, unitazı təmizləyib, təzə xlor qoxusuna sahib ağardıcı maddə növüdür.

Ən son modellər isə sirkoniumla qarışıq titanium dioksid qatı ilə örtülüb.

“Titanium dioksid təbii katalitik materialdır. Bu səthin üzərinə 220 nanometrlik işıq dalğası saçdığımızda, tualet çanağındakı bakteriya və viruslar məhv olur və beləliklə unitazlar hər daim təmiz olur,” deyə Stranq bildirir.

Ekpertlər həmçinin qeyd edir ki, yaponlar tualet kabinalarından gələn səs effektlərini sevmirlər. Ona görə də, ziyartəçilər bu səslərin eşidilməməsi üçün çalınan mahnını eşidəndə təəccüblənməməlidirlər.

XS
SM
MD
LG