Accessibility links

Yaponiyanın Elektrik Enerjisi şirkəti bu il milyardlarla dollar itki verib


T

T

Yaponiyanın Tokio Elektrik Enerjisi şirkəti bu il 15 milyard dollar itki verdiyini bildirib. Bunun şirkətin ən böyük itkisi olduğu deyilir. Rəsmilər bunun səbəbini Fukuşima nüvə stansiyasında fəlakət və onun ardınca şirkətin prezidentinin istefası ilə izah edirlər. İstefaya çıxmağa hazırlaşan prezident Masataka Şimizu TEPCO şirkətinin Tokiodakı baş qərargahındakı açıqlamasında nüvə stansiyasında baş verən uğursuzluqlara görə üzr istəyib. Cənab Şimizunu icraçı direktor Toşio Nişizava əvəz edəcək.

TEPCO şirkəti yanvar ayına qədər Fukuşima Atom Elektrik Stansiyasının qapalı saxlanacağı barədəki yeni planını açıqlayıb.

XS
SM
MD
LG